Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Sədərək rayonu ərazisində yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin və yaşıllıq zolaqlarının yanğınlardan qorunması, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, eləcə də taxıl sahələrinin biçindən sonra yandırılmamasını diqqətə çatdırmaq məqsədilə marifləndirici tədbir keçirilib. Tədbirə icra nümayəndələri, bələdiyyələr, fermerlar, sahibkarlar və digər müvafiq vəzifəli şəxslər cəlb olunub.

Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Natiq Əliyev tədbirin keçirilməsinin məqsədindən danışıb. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin bölmə rəisi, daxili xidmət mayoru Hasil Məmmədov, Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin əməkdaşı daxili xidmət baş leytenantı Vüsal Seyidov taxıl sahələrinin biçindən sonra yandınılmamasının vacibliyindən danışıb, meşələrdə, meşə ətrafı sahələrdə, yeni salınan meşə zolaqlarında yanğın təhlükəsizlik qaydalarına əmal olunması ilə bağlı görülən qabaqlayıcı tədbirləri qeyd ediblər. Bildirilib ki, ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi nəticəsidir ki, taxıl zəmilərində yanğın hadisələri baş verməyib. Lakin bəzi hallarda biçindən sonra taxıl sahələrinin yandırılması hallarına qarşı profilaktik tədbirlər aparılsa da, bəzi fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən biçilən sahələrin yandırılması hallarına yol verilir. Fövqəladə Hallar Nazirliyi bütün bunları nəzərə alaraq sahibkarlara, torpaq mülkiyyətçilərinə və fermerlərə biçindən sonra taxıl sahələrinin yandırılmamasını, yanğın təhlükəsizliyi qaydalarına ciddi riyət etmələrini tövsiyə edir.
Seminar-müşavirədə tövsiyə xarakterli yaddaş kitabçaları təqdim edilib, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

 

680433
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
38
266
1775
1021
680433

Tarix: 04 -05-2024