Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən andiçmə mərasimində əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra hərbi andiçmə mərasimi açıq elan edilib.

Hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına söz veriblər.
Mülki Müdafiə Alayının komandiri, mayor Şərif Əsədov, zabit İsmayıl Hənifəyev, əsgər Sultanəli Süleymanov gənc əsgərləri hərbi andı qəbul etmələri münasibəti ilə təbrik edib, xidmətlərində uğurlar arzulayıblar. Qeyd olunub ki, dövlətimizin diqqət və qayğısı sayəsində Mülki Müdafiə Alayının maddi-texniki bazası ilbəil gücləndirilir. Əsgərlər üçün yüksək xidmət və məişət şəraiti yaradılır. Bu da fövqəladə hadisələr zamanı şəxsi heyyətin çevik və operativ hərəkətinin təmin edilməsinə imkan yaradır.
Mərasimdə çıxış edən gənc əsgər Yusif Kərimli bildirib ki, əsgəri borcu şərəflə yerinə yetirəcək, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkən insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcək, verilən tapşırıqları sözsüz yerinə yetirəcəklər.
Digər çıxış edənlər bildiriblər ki, bu gün ordumuzun yüksək əhval-ruhiyyəli əsgərlərinin, güclü maddi-texniki bazasının olması düşmənə gözdağıdır. İnanırıq ki, bu gün Vətənə sədaqət andı içən əsgərlərimizdə də hərbi anda sadiq qalacaq, intizamlı əsgərlər olacaq, silah və texnikanın sirlərini dərindən öyrənəcəklər.
Fövqəladə Hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar nazirinin təbrikini şəxsi heyətə çatdırıb.
Andiçmə mərasimi şəxsi heyətin tribunanın önündən təntənəli keçidi ilə başa çatıb. 

Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

680426
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
31
266
1768
1014
680426

Tarix: 04 -05-2024