Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi


Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlimin əsas məqsədi Culfa rayonu ərazisində ehtimal olunan təbii və texnogen xarakterli fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasına cəlb olunan rayon mərkəzi xəstəxanasının tibb qüvvələrinin hazırlığını yoxlamaq, onların köməyi ilə zədələnmə ocaqlarında, təbii fəlakət rayonlarında, habelə radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmə şəraitində təxirəsalınmaz tibbi yardımın göstərilməsi suallarını məşq etdirmək və təlim iştirakçılarına təcrübə qazandırmaqdan ibarət olmuşdur.

 

Təlim keçirilmə planına uyğun olaraq 2  mərhələdə  həyata keçirilib:
Birinci mərhələdə rəhbər heyət, ixtisaslaşdırılmış tibbi yardım briqadalarının şəxsi heyəti, obyekt mülki müdafiə dəstələrinin komandir-rəis heyəti, həkim ambulatoriyalarının həkimləri, Culfa rayon Gigiyena və Epidemiologiya Şöbəsinin briqadaları və mülki müdafiə qüvvələrinin tibbi təminatının təşkili üzrə vəzifələrinin yerinə yetirilməsi hazırlığı yoxlanılıb və hazır vəziyyətə gətirilib.
İkinci mərhələdə Culfa rayonu ərazisində baş verə biləcək fövqəladə hallar zamanı cərrahi, travmatoloji və yanıq əleyhinə briqadalarının, Culfa rayon Gigiyena və Epidemiologiya Şöbəsinin nəzdində olan epidemioloji kəşfiyyat qrupu, sanitar-gigiyenik və dezinfeksiya briqadalarının Culfa şəhər Su təmizləyici qurğular kompleksindən və ətraf ərazidən götürdüyü su və torpaq nümunələrinin şöbənin laboratoriyasında fəaliyyəti məşq etdirilib. Həmçinin,  ehtimal olunan radioaktiv zəhərlənmə hallarına qarşı obyektin FMV-nin paylanması məntəqəsi, sığınacaq və daldalanacaqlara xidmət manqası, ictimai asayişin mühafizə manqası və radiasiya və kimya müşahidə postunun qarşılıqlı fəaliyyəti məşq etdirilib. Şərti yanğın zamanı xəstəxananın yanğınsöndürmə, xilasetmə və ictimai asayişi mühafizə manqalarının qarşılıqlı fəaliyyətinə baxılıb.
Məlumat üçün qeyd edək ki, keçirilən kompleks mülki müdafiə təlimində 63 nəfər iştirak etmiş, qarşıya qoyulmuş məqsədlərə əsasən nail olunmaqla təlim uğurla başa çatdırılmışdır.

 

Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

 

 

 

 

680437
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
42
266
1779
1025
680437

Tarix: 04 -05-2024