Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə, 5 və 12 saylı uşaq bağçalarında və Naxçıvan Dövlət Texniki Kollecdə 1 mаrt “Ümumdünyа Mülki Müdаfiə Günü” ilə əlaqdar tədbirlər keçirilib.

Tədbirlərdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda canından keçən Vətən oğul və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 1 mаrt “Ümumdünyа Mülki müdаfiə günü”nün yaranma tarixi, bu günün mahiyyəti və müasir dövrümüzdə mülki müdafiənin rolundan bəhs olunub. Fövqəladə hallar zamanı uşaqların necə davranmaları, özünə və başqalarına necə yardım göstərmələri haqqında məlumat verilib.
 Qeyd olunub ki, bu gün Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.
Vurğulanıb ki, muxtar respublikanın sülh və müharibə dövrləri üçün mülki müdafiə planları müasir tələblər nəzərə alınmaqla yenidən işlənib hazırlanıb, idarə, müəssisə və təşkilatlarla qarşılıqlı fəaliyyət planları tərtib edilib. Nazirliyin mülki müdafiə işinin təşkili şöbəsi mülki müdafiə sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsi, fövqəladə hallarda davranış qaydalarının əhaliyə öyrədilməsi, habelə idarə, müəssisə və təşkilatlarda mülki müdafiə işinin müasir tələblər səviyyəsində quruması istiqamətində tədbirlər həyata keçirir.
7 nömrəli tam orta məktəbdə, 5 və 12 saylı uşaq bağçalarında keçirilən tədbirlərdə uşaqlar təbii fəlakətlər, texnogen, nəqliyyat qəzaları, yanğın, partlayış, dəm qazından zəhərlənmə, mülki müdafiə zaman ilkin tibbi yardımın necə göstərilməsi, davranış qadalarını əyani şəkildə nümayiş etdiriblər. 1 mаrt “Ümumdünyа Mülki müdаfiə günü” ilə bağlı mahnılar, şeirlər səsləndirib, səhnəciklər göstəriblər.
Naxçıvan Dövlət Texniki Kollecdə isə orta ixtisas məktəblərinin tələbləri arasında intellektual bilik yarışı keçirilib. Hər birində 6 nəfər olmaqla 3 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Tələblərin nəzəri biliklərinin yoxlanılması məqsədilə 30 sual verilib. Hər sual 10 balla qiymətləndirilib. İlk tibbi yardım necə göstərilməsi ilə bağlı 6 sual verilib. Hər komanda zərərçəkənə əlaltı vasitələrlə yardım göstərib. Münsiflər heyəti tərəfindən göstərilən hər düzgün tibbi yardım 15 balla qiymətləndirilib. Sonda qalib komandaya diplom və kubok təqdim edilib.

   

Fövqəlаdə Hаllаr Nаzirliyinin
mətbuat xidməti

 

 

 

680367
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
238
284
1709
955
680367

Tarix: 03 -05-2024