Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

7 avqust 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Sonra gənc əsgərlər vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.
Andiçmə mərasimi başa çatdıqdan sonra bayram mitinqi olub. Alayın qərargah rəisi mayor Şərif Əsədov hərbi andın əhəmiyyəti barədə məlumat verib, gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik etdi. Mərasimdə çıxış edən leytenant İsmayıl Hənifəyev, əsgər Məmmədli Nicat, gənc əsgər Qəhrəmanov Samir gənc əsgərləri təbrik ediblər. Mərasimdə, Azərbaycan əsgərinin rəşadət və igidliyindən danışılıb. Əminliklə bildirilib ki, gənc əsgərlər nümunəvi xidməti, təlim-tərbiyəsi ilə hərbi hissənin adını yüksək tutacaq, əsgəri borcu şərəflə yerinə yetirəcək, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmiş insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirinin müavini general-mayor Hikmət Kərimov çıxış edərək Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasında Silahlı Qüvvələrimizin rolunu yüksək qiymətləndirib və ən xoş arzularını bildirmiş, Fövqəladə Hallar nazirinin təbrik telefonoqramını şəxsi heyətin diqqətinə çatdırmışdır. Nazir telefonoqramda gənc əsgərləri hərbi andı qəbul etməsi münasibətilə təbrik etmiş, hərbi ənənələri uğurla davam etdirərək cənab Ali Məclisi Sədrinin qarşımıza qoyduğu tapşırıqları yüksək peşəkarlıqla icra edərək, xalqımızın firavanlığı, xoş gələcəyi və milli birliyi naminə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində uğurlar arzu etmişdir.
Gənc əsgərlər Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına, hərbi anda hər an sadiq qalacaqlarına və verilən tapşırıqları yerinə yetirəcəklərinə söz verdilər.
Sonda alayın şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçdilər.

 

Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

680130
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
1
284
1472
718
680130

Tarix: 03 -05-2024