Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Hazırda ölkəmizdə, eləcə də muxtar diyarımızda müxtəlif profilli muzeylər fəaliyyət göstərir. Bu muzeylər içərisində tanınmış şəxsiyyətlərin ev-muzeyləri xüsusi yer tutur. Həmin mədəniyyət müəssisələri sırasında görkəmli ədib Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində yaradılmış ev-muzeyləri də var. İyulun 31-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin kollektivi görkəmli demokrat ədib, tanınmış yazıçı-publisist Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyində olublar.

 Nazirliyin əməkdaşlarına məlumat verilib ki, dahi yazıçının həm paytaxt Bakıda, həm də Naxçıvan şəhərində ev-muzeyləri ilə yanaşı, vaxtilə müəllimlik etdiyi Nehrəm kəndində və Cəlilkənddə xatirə muzeyləri də fəaliyyət göstərir. Naxçıvan şəhərindəki ev-muzeyi ümummilli lider Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli Sərəncamına əsasən yaradılıb, 1999-cu il oktyabrın 13-də muzeyin açılışı olub.
Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Cəlil Məmmədquluzadə irsinə, onun əsərlərinin tədqiqi və nəşrinə, eləcə də adının əbədiləşdirilməsinə böyük diqqət və qayğı göstərirdi. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində yazıçı haqqında yeni və sanballı tədqiqat əsərləri kütləvi şəkildə nəşr olunub, xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər həyata keçirilib, yubileyləri təntənəli şəkildə qeyd edilib. Bildirilib ki, muzeydə böyük ədibin həyat və yaradıcılığına aid 2 mindən artıq eksponat mühafizə olunur.  
Muzeydə nümayiş olunan görkəmli yazıçıya və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən Cəlil Məmmədquluzadənin əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri, ədibin müasirlərinə aid sənədlər və digər qiymətli eksponatlar Nazirliyin əməkdaşları tərəfindən maraqla izlənilib.

 Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

680126
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
281
433
1468
714
680126

Tarix: 02 -05-2024