Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Muxtar respublikada bütün sahələrdə insanların rahatlığının təmin edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Çimərlik istirahət zonasında da su və digər idman növləri üzrə yarışların, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Həmçinin çimərlikdə istirahət edənlərin istifadəsinə skuter, pedallı qayıq verilib, burada futbol və voleybol meydançaları fəaliyyət göstərir.

Qeyd edək ki, yeni mövsümə başlayan çimərlikdə yüksək səviyyəli istirahət və xidmət üçün əraziyə 465 ton yeni qum səpilmiş, su sahəsinə məhdudlaşdırıcı şarlar çəkilərək böyüklər və uşaqlar üçün sahələrə bölünmüş, xəbərdaredici və qadağanedici nişanlar təmir edilərək yenilənmiş və müşahidə qülləsi boyanmışdır.
Məlumat üçün bildirək ki, yeni mövsümə başlayan çimərlikdə istirahət və xidmət üçün 41 çətir, 8 duş kabinəsi quraşdırılıb, 100 yerlik paltarsaxlama yeri hazırlanıb, restoran və digər xidmət sahələri də fəaliyyət göstərir. Burada təhlükəsizlik tədbirləri də diqqətdə saxlanılır, ərazidə xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub. Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarının 6 nəfər xilasedicisi və 1 ədəd xilasedici qayığı ərazidə xidmət göstərir.



Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

 

 

 

680232
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
103
284
1574
820
680232

Tarix: 03 -05-2024