Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Ordubad rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi tərəfindən Ordubad rayon İpək Fabrikində taktiki-xüsusi təlim keçirilib.

 

Təlimin keçirilməsində məqsəd fabrikdə baş verə biləcək yanğınların qarşısının alınması və söndürülməsi zamanı yarana biləcək döyüş sahələrinin və həlledici istiqamətlərin şəxsi heyətə öyrədilməsi, qarşılıqlı əlaqənin təşkili, yanğınsöndürənlərin peşə vərdişlərinin artırılması, nazirliyin digər struktur qurumları və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə yanğınların söndürülməsi, bununla bağlı xilasetmə işlərinin aparılması və xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi suallarının şəxsi heyətlə praktiki məşq etdirməkdən ibarət olub.
Təlim planına uyğun olaraq Ordubad rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin şəxsi heyətinin hazırlığı yoxlanılıb, yanğın-xilasetmə hazırlığı üzrə şəxsi heyətdən normativlər qəbul edilib, komandir (rəis) heyətinin qərar qəbuletmə bacarığı yoxlanılıb və İpək Fabrikində yaradılmış praktiki təlim yerlərində şərti baş vermiş yanğının söndürülməsi üzrə yanğından mühafizə bölmələrinin cəldliyinə, çevikliyinə və bacarıqlarına qiymət verilib.
Təlimə Ordubad rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin 12 nəfər şəxsi heyəti, 2 ədəd yanğınsöndürmə avtomobili, idarəetmə və rabitə vasitələri cəlb edilib. Təlim uğurla başa çatıb, yanğınsöndürənlər təcrübə qazanıblar.

 

Fovqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

686052
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
25
510
2331
6640
686052

Tarix: 19 -05-2024