Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Sədərək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində “Gündəlik həyat fəaliyyətinin təmin edilməsi, yanğınsöndürmə xidmətinin təşkili və aparılması” mövzusunda nümunəvi məşğələ keçirilib.

Məşğələnin əsas məqsədi növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinə xidmətin təşkili və aparılması, növbələrin dəyişdirilməsi, daxili naryadın aparılması zamanı nizamnamələrin tələblərinə uyğun fəaliyyəti təşkil etmək, şəxsi heyətin peşə hazırlığı səviyyəsini artırmaq məqsədilə yanğın xilasetmə hazırlığı üzrə normativləri yerinə yetirmək bacarıqlarını təkmilləşdirməkdən ibarət olub.


Məşğələnin planına uyğun olaraq ilk növbədə növbətçi yanğınsöndürmə xidmətlərinin yerbəyerinin keçirilməsi qaydası məşq etdirilib, fiziki idman hazırlığı üzrə çalışmalar yerinə yetirilib, şəxsi heyətdən yanğın xilasetmə hazırlığı üzrə normativlərin təlimata uyğun qəbul olunması təmin olunub. Daha sonra növbətçi yanğınsöndürmə xidməti rəisləri tərəfindən xidməti sənədlərin işlənilməsi, radio rabitə vasitələri ilə danışıq qaydaları, şəxsi heyətin “Həyəcan” siqnalı ilə çağırış qaydaları və radiotelefonçulara aid sənədlərin işlənilməsi əyani şəkildə şəxsi heyətə çatdırılıb. Təlimdən və yanğından sonra yanğınsöndürmə avtomobillərinə, yanğın-texniki vasitələrə texniki qulluğun göstərilməsi, yol vərəqlərinin düzgün doldurukması üzrə aidiyyəti vəzifəli şəxslərin vəzifə borclarının yerinə yetirilməsi qaydası şəxsi heyətə öyrədilib. Yekunda maddi vəsaitlərin uçotunun aprılması, aylıq, rüblük və illik üzləşmələrin aparıması, həmçinin anbara mədaxil və məxaric olunan əşya-əmlaklarının qeydiyyatının aparılması üzrə anbar rəislərinin nəzəri bilikləri təkmilləşdirilib.

 

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

686054
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
27
510
2333
6642
686054

Tarix: 19 -05-2024