Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində mülki müdafiə, fövqəladə hallardan qorunma, istehsalatda təhlükəsizlik, yanğın təhlükəsizliyi  qaydaları haqqında  maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi “Naxçıvan Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində mülki müdafiə, fövqəladə hallardan qorunma yanğın təhlükəsizliyi, dəm qazından mühafizə qaydaları ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması haqqında iştirakçılara məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin, mülki müdafiə işinin təışkili və planlaşdırılması bölməsinin rəisi kapitan Rəcəb Səfərov istehsalat müəssisələrində mülki müdafiə sənədlər toplusunun işlənilməsi qaydaları, mülki müfadiə qüvvələri ilə qrup məşğələlərinin keçirilməsinin əhəmiyyətindən danışmışdır. Məruzəçi həmçinin, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması, Novruz bayramı ərəfəsində yanğına səbəb olan amillər haqqında tədbir iştirakçılarına məlumat vermişdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır

        Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

                   

 

 

 

 

 

 

686089
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
62
510
2368
6677
686089

Tarix: 19 -05-2024