Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Ordubad rayon İcra Hakimiyyətinin birgətəşkilatçılığı ilə Vənənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində rayon idarə və təşkilatlarının müvafiq vəzifəli şəxslərinin və kənd sakinlərinin iştirakı ilə “Kənd yaşayış məntəqələrində qış mövsümü dövründə qaz cihazlarından istifadə zamanı texniki və yanğın təhlükəsizlik qaydalarına əməl olunması və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması istiqamətində görülən profilaktiki tədbirlər” mövzusunda maarifləndirici tədbir  keçirilmişdir.

Tədbiri giriş sözü ilə Ordubad rayon vənənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Yaqut Babayeva açaraq, keçirilən tədbirin kənd sakinləri üçün vacib olduğunu qeyd etmiş, günün ən aktual məsələlərindən biri olan mülkiyyətlərin yanğınlardan qorunması sahəsində görüləcək tədbirlərin zəruriliyini vurğulamışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin yanğından mühafizə xidməti işinin təşkili üzrə baş zabiti daxili xidmət mayoru Hasil Məmmədov çıxış edərək iştirakçılara qış mövsümünü dövründə Fövqəladə Hallar Nazirliyi tərəfindən idarə, müəssisə və təşkilatların həmçinin ictimai yaşayış binalarının qızdırılması üçün quraşdırılmış qazanxanalarda texniki və yanğın təhlükəsizliyinə riayət olunması, ocaqçıların peşə kurslarına cəlb olunması ilə bağlı görülmüş işlər həmçinin qaz cihazlarından düzgün istifadə edilməsi və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması, novruz şənliklərində yanğın təhlükəsziliyi qaydaları haqqında ətraflı məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin yanğın nəzarəti və xüsusi yanğın mühafizəsi üzrə baş zabiti daxili xidmət kapitanı Turan Şahhüseynov çıxış edərək yaşayış evlərində və mənzillərində elektrik cihazlarının istismarı zamanı yanğın hadisələrinin baş vermə səbəbləri və onun qarşısının alınması üçün görüləcək tədbirlərdən söz açmışdır.
Tədbirdə iştirakçılar tərəfindən verilən suallar cavablandırılmışdır.
Tədbirə Ordubad rayon vənənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Yaqut Babayeva yekun vuraraq rayonun yaşayış məntəqələrində qış mövsümü dövründə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, sakinlərin bu istiqamətdə maarifləndirilməsi üçün kənd icra nümayəndələrinə və digər vəzifəli şəxslərə tapşırıq və tövsiyələrini vermişdir.

                                                    Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

 

686062
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
35
510
2341
6650
686062

Tarix: 19 -05-2024