Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisində tikintisi və yenidənqurulması nəzərdə tutulmuş obyektlərin tikinti sahəsində mühəndis-geoloji tədqiqat işləri aparılmış, obyektlərin həcm və mərtəbə sayından asılı olaraq müəyyən dərinliklərdən qrunt nümunələri götürülmüşdür.

Tikinti sahələrinin geoloji-litoloji kəsilişləri nəzərə alınmaqla mühəndis-geoloji elementlər müəyyənləşdirilmişdir. Tikinti sahələrindən götürülmüş nümunələrin İdarənin mühəndis-geoloji, beton və sement laboratoriyasında analizi aparılmış, mühəndis-geoloji işlərin nəticələri haqqında hesabat və rəylər hazırlanmışdır. Tədqiqat işlərinin aparılması və mühəndis-geoloji hesabatların hazırlanması normativ sənədlərin tələblərinə uyğun həyata keçirilmişdir. Aparılan tədqiqat işlərinin əsas məqsədi tikinti sahəsinin geoloji-litoloji quruluşunu, hidrogeoloji şəraitini dəqiqləşdirməkdən, qruntların fiziki-mexaniki xassələrini öyrənməkdən ibarət olmuşdur.


Quyuların və şurfların qazılması Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yerli idarələrinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin texnikaları vasitəsi ilə həyata keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

686018
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
501
667
2297
6606
686018

Tarix: 18 -05-2024