Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Ordubad rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 nömrəli tam orta  məktəbində yanğın təhlükəsizliyi məsələləri ilə bağlı “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına diqqət artırılmalıdırmövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi məktəbin müəllim və texniki işçi heyətinə qaz təsərrüfatı, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin baş inspektoru, daxili xidmət baş leytenantı Həsən Cəfərov bu cür maarifləndirici tədbirlərin təhsil  müəssisələrində keçirilməsinin əhəmiyyətindən danışmışdır. Həmçinin, ilkin yanğınsöndürmə vasitələri, təyinatı və istifadə qaydaları və dəm qazını aşkarlayan cihaz haqqında iştirakçılara məlumat vermişdir.
Sonra şöbənin inspektoru daxili xidmət baş leytenantı Ağahüseyn Məmmədov müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları, yanğına səbəb olan amillər, qaz təsərrüfatı, dəm qazı, yaranması və ondan qorunma yolları haqqında dinləyicilərə məlumat vermişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

                      Fövqəladə  Hallar Nazirliyinin
mətbuat xidməti

 

685973
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
456
667
2252
6561
685973

Tarix: 18 -05-2024