Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Naxçıvan  şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin 2020-ci il birinci yarımili üçün  təsdiq  edilmiş döyüş hazırlığı planına uyğun olaraq şöbənin növbətçi  yanğınsöndürmə  xidmətlərinin şəxsi heyətinin iştirakı ilə “Gəmiqaya Mebel Fabriki” MMC-də gündüz məşğələsi keçirilmişdir.

Məşğələnin keçirilməsində əsas məqsəd şöbənin növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinə Naxçıvan Muxtar Respublikasında iri mebel istehsalı müəssisəsi olan “Gəmiqaya  Mebel Fabriki” MMC-nin istehsal fəaliyyəti və yanğın təhlükəli  sahələri ilə yaxından tanış olmaq, eləcə də yanğın zamanı yanğınsöndürmə bölmələri tərəfindən görüləcək təxirsalınmaz tədbirlər haqqında məlumatlar əldə etməkdəni barətdir.
Məşğələ müddətində şöbənin növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinə “Gəmiqaya Mebel Fabriki” MMC-nin müvafiq vəzifəli şəxsləri tərəfindən müəssisənin istehsalat fəlaiyyəti, yanğına həssas təhlükəli sahələri və  istehsal sexləri haqqında ətraflı məlumatlar verilərək, müəssisədə yaradılmış  könüllü yanğın komandasının  rolu və ilkin yanğınsöndürmə vasitələrinin vacibliyindən qeydo lunmuşdur.
Təsdiq olunmuş plana əsasən şəxsi heyətin döyüş və peşəhazırlığının artırılması məqsədi ilə  “Gəmiqaya Mebel Fabriki” MMC-də şərti olaraq baş vermiş  yanğının söndürülməsi və lokallaşdırılması istiqamətində tapşırıqlar icra olunmuşdur.
Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin təsdiq edilmiş döyüş hazırlığı planına uyğun olaraq gecə və gündüz məşğələləri nəzərdə tutulmuş təhlükə potensiallı obyektlərdə mütəmadi olaraq keçirilməsi planlaşdırılmışdır. 

 

Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

 

677502
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
70
1090
2253
13048
677502

Tarix: 26 -04-2024