Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Musiqi Kollecində mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbirkeçirilmişdir.

Tədbiri giriş sözü ilə Fövqəladə Hallar Nazirliyinin baş məsləhətçisi Azadə Cəfərova açaraq bildirmişdir ki, tədbirin əsas məqsədi Naxçıvan Musiqi Kollecində mülki müdafiə hazırlığının təşkilinə və tədbirlərin keçirilməsinə diqqəti artırmaq, kollecin vəzifəli şəxsləri tərəfindən mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması sahəsində müəyyən olunmuş qaydaların yerinə yetirilməsinə nail olmaq, kollecin tələbələrinə fövqəladə hallar zamanı ilk yardım və qarşılıqlı yardım məsələləri, valideyn nəzarətindən kənarda təhsil alan gənc tələbələrin payız-qış mövsümünü təhlükəsiz keçirməsi üçün məişətdə istifadə olunan qaz təsərrüfatı və elektrik cihazlarından düzgün istifadə və istismar qaydaları, həmçinin dəm qazının yaranma səbəbləri və ondan mühafizə üsulları barədə məlumat verməkdir.

Həmçinin, Azadə Cəfarova orta ixtisas məktəblərində mülki müdafiə işinin təşkilinə və mülki müdafiə dərslərinin keçirilməsinə qoyulan müasir tələblər, fövqaladə hallara hazırlığın əsas predmetləri mövzusunda da tələbələri məlumatlandırmışdır.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılmış və tədbirə aid slayd və videomateriallar təqdim edilmişdir.

 

 

         Fövqəlаdə Hаllаr Nаzirliyinin

mətbuаt хidməti

 

686400
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
173
200
173
6988
686400

Tarix: 20 -05-2024