Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin işçi kollektivininiştirakıilə səhiyyə müəssisələrində, yaşayış evlərində təbii qaz və elektrik enerjisindən istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması üçün görülən tədbirlər mövzusunda maarifləndirici tədbir  keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan mərkəzin baş həkimi Kəmalə Qurbanova keçirilən tədbirin səhiyyə müəssisələrinə və yaşayış sahələri üçün vacib olduğunu qeyd edərək, günün ən aktual məsələlərindən biri olan mülkiyyətlərin yanğınlardan qorunması sahəsində görüləcək tədbirlərin zəruriliyini vurğulamışdır.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin yanğından mühafizə xidməti işinin təşkili üzrə baş zabiti daxili xidmət mayoru Hasil Məmmədov çıxış edərək iştirakçılara səhiyyə müəssisələrində, yaşayış məntəqələrində məişət qaz cihazlarından, sobalarından və suqızdırıcılarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması,  dəm qazından baş vermiş zəhərlənmə hallarının səbəbləri haqqında ətraflı məlumat verərək onun qarşısının alınması üçün vacib tövsiyələr vermişdir.

Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin yanğın nəzarəti və xüsusi yanğın mühafizəsi üzrə baş zabiti daxili xidmət kapitanı Turan Şahhüseynov çıxış edərək səhiyyə müəssisələrində, yaşayış evlərində və mənzillərində elektrik cihazlarının istismarı zamanı yanğın hadisələrinin baş vermə səbəbləri və onun qarşısının alınması üçün görüləcək tədbirlər haqqında məlumat vermişdir. Sonda isə ilkin yanğınsöndürmə vasitələrinin istifadəsi və istismarı haqqında ətraflı məlumatlar verərək əyani olaraq göstərilmişdir.

Tədbirdə iştirakçılar tərəfindən verilən suallara aydınlıq gətirilərək cavablandırılmış və iştirakçılara qaz cihazlarından istifadə və yanğın təhlükəsizliyi qaydaları haqqında slayd və videoçarx təqdim olunmuşdur.

Tədbirə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova yekun vuraraq səhiyyə müəssisələrində, yaşayış məntəqələrində baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması maarifləndirici tədbirlərin bundan sonra da davamlı olaraq keçirilməsinin vacibliyindən danışmışdır.

 

 

Fövqəladə Hallar Nazirliyinin

mətbuat xidməti

686356
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
129
200
129
6944
686356

Tarix: 20 -05-2024