Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində yanğın təhlükəsizliyi məsələləri ilə bağlı “Ali təhsil müəssisələrində yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanılır, qış mövsümü dövründə yaşayış evlərində qaz və elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmalıdırmövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi universitetin müəllim və tələbə heyətinə yanğın hadisəsi zamanı davranış qaydaları, insanların və əmlakın təxliyə olunması, təhsil müəssisələrinə məxsus inzibati binaların yanğın təhlükəsizliyinə olan tələblər haqqında məlumat vermək olmuşdur.

Tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universitetin Təsərrüfat işləri üzrə prorektoru Şahin Əliyev bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışmışdır.

 

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi daxili xidmət mayoru Mirtaleh Seyidov məişətdə qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, istifadə olunmayan məişət-elektrik avadanlıqlarının davamlı olaraq cərəyana qoşulu qalmasının təhlükəli tərəflərindən və dəm qazının yaranmasına səbəb olan amillər, bu amillərin aradan qaldırılması və zəhərlənmə zamaı ilk yardım qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid slayd və videolar təqdim edilmişdir.

 

 

Fövqəlаdə Hаllаr Nаzirliyinin

mətbuаt хidməti

686420
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
193
200
193
7008
686420

Tarix: 20 -05-2024