Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Babək rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun kənd yaşayış məntəqələrində qış mövsümü dövründə qaz cihazlarından istifadə zamanı texniki və yanğın təhlükəsizlik qaydalarına əməl olunması, yaşayış sahələrində dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması ilə bağlı görüləcək qabaqlayıcı tədbirlər mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə Babək rayon İcra Hakimiyyətinin əraziidarəetmə və yerli özünüidarəetmə orqanları üzrə iş şöbəsinin müdiri Müşfiq Məmmədsoy açaraq keçirilən tədbirin kənd sakinləri üçün vacib olduğunu qeyd edərək, günün aktual məsələlərindən biri olan mülkiyyətin yanğınlardan qorunması sahəsində görüləcək tədbirlərin zəruriliyini vurğulamışdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi daxili xidmət mayoru Mirtaleh Seyidov çıxış edərək iştirakçılara payız-qış mövsümünə hazırlıqla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən idarə, müəssisə və təşkilatların həmçinin ictimai yaşayış binalarının qızdırılması üçün quraşdırılmış qazanxanalarda texniki və yanğın təhlükəsizliyinə riayət olunması, ocaqçıların peşə kurslarına cəlb olunması ilə bağlı görülmüş işlər, həmçinin qaz cihazlarından düzgün istifadə edilməsi və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması haqqında tədbir iştirakçılarına vacib tövsiyələr vermişdir.

Daxili İşlər Nazirliyinin Babək rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi polis polkovnik-leytenantı Tağı Kazımov payız-qış mövsümünə hazırlıqla bağlı rayon polis şöbəsinin əməkdaşları və Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşları ilə birgə rayon ərazisində yaşayış məntəqələrində qaz və elektrik təsərrüfatından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması və israfçılıq hallarınıln qarşısının alınması məqsədi ilə görülmüş tədbirlər həmçinin qaz və elektrik enerjisindən qeyri qanununi istifadə hallarına yol verilməməsi məqsədilə ətraflı məlumatlar vermişdir.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin baş inspektoru daxili xidmət kapitanı Yasin Həsənov rayonun kənd yaşayış məntəqələrində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı görülmüş tədbirlər, vətəndaşların maarifləndirilməsi sahəsində aparılan işlərlə bağlı məlumatlar vermişdir.

Sonra Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin yanğından mühafizə xidməti işinin təşkili üzrə baş zabiti daxili xidmət mayoru Hasil Məmmədov çıxış edərək yaşayış evlərində və mənzillərində elektrik cihazlarının istismarı zamanı yanğın hadisələrinin baş vermə səbəbləri və onun qarşısının alınması üçün görüləcək tədbirlər haqqında məlumat vermişdir. Sonda isə inzibati binalarda mövcudluğu zəruri olan ilkin yanğınsöndürmə vasitələrinin istifadəsi və istismarı haqqında ətraflı məlumatlar verərək əyani olaraq göstərilmişdir.

Tədbirdə iştirakçılar tərəfindən verilən suallar cavablandırılmış və iştirakçılara qaz cihazlarından istifadə və yanğın təhlükəsizliyi qaydaları haqqında slayd və videoçarx təqdim olunmuşdur.

Tədbirə Babək rayon İcra Hakimiyyətinin əraziidarəetmə və yerli özünüidarəetmə orqanları üzrə iş şöbəsinin müdiri Müşfiq Məmmədsoy yekun vuraraq bu maarifləndirici tədbirin tədbir iştirakçıları üçün daha vacib olduğunu, məişətdə gündəlik qaz və elektrik cihazlarından istifadəyə daha da diqqətli olunmasını vurğulamış və zəhmət bahasına tikilən mülkiyyətlərin yanğınlardan qorunması üçün tədbir iştirakçılarına məlumatlar vermişdir.

 

Fövqəladə Hallar Nazirliyinin

mətbuat xidməti

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

686418
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
191
200
191
7006
686418

Tarix: 20 -05-2024