Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

9 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında üçrəngli bayrağımız meydana gətirilib.

 

Sonra gənc əsgərlər vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.

Andiçmə mərasimi başa çatdıqdan sonra bayram mitinqi olub. Alay komandiri polkovnik-leytenant Azadil Hüseynov hərbi andın əhəmiyyəti barədə məlumat verib, gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik etdi. Mərasimdə çıxış edən kapitan Nicat Seyidzadə, kiçik çavuş Ülvi Daşdəmirli gənc əsgər Fərid Qoçəliyev, Azərbaycan Vətən müharibəsi veteranları və şəhid ailələri Naxçıvan MR təşkilatı Naxçıvan şəhər şöbəsinin sədri Zahid Cəfərov, Naxçıvan şəhər Gənclər və İdman idarəsinin rəisi Xəyal Qurbanov və valideyn Nəriman Qoçəliyev gənc əsgərləri təbrik ediblər.

 

Mərasimdə, Azərbaycan əsgərinin rəşadət və igidliyindən danışılıb. Əminliklə bildirilib ki, gənc əsgərlər nümunəvi xidməti, təlim-tərbiyəsi ilə hərbi hissənin adını yüksək tutacaq, əsgəri borcu şərəflə yerinə yetirəcək, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmiş insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin müavini general-mayor Hikmət Kərimov çıxış edərək Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasında Silahlı Qüvvələrimizin rolunu qeyd etmiş və gənc əsgərlərə ən xoş arzularını bildirmişdir.

Gənc əsgərlər Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına, hərbi anda həmişə sadiq qalacaqlarına və verilən tapşırıqları yerinə yetirəcəklərinə söz verdilər.

Sonda alayın şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçdilər.

 

Fövqəladə Hallar Nazirliyinin

mətbuat xidməti

686420
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
193
200
193
7008
686420

Tarix: 20 -05-2024