Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin müəllim, texniki işçi heyətinin iştirakı ilə mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması  və nəticələrinin aradan qaldırılması, qaz və elektrik təsərrüfatı, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı “Ümumtəhsil məktəblərində mülki müdafiə işinin təşkilinə diqqət artırılmalıdırmövzusunda maarifləndirici tədbir keçirilmişdir.

 

 

Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin baş məsləhətçiləri Azadə Cəfərova və  Əbülfəz Qafarov muxtar respublika ərazisində ehtimal olunan təbii və texnogen qəzalar, məişətdə civə dağılmaları, dağılmış civə hissəciklərinin yığılması, bu zaman davranış və fəaliyyət qaydaları, eyni zamanda məişətdə qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, istifadə olunmayan məişət-elektrik avadanlıqlarının davamlı olaraq cərəyana qoşulu qalmasının təhlükəli tərəflərindən və dəm qazının yaranmasına səbəb olan amillər, bu amillərin aradan qaldırılması və zəhərlənmə zamaı ilk yardım qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid video-çarxlar, slaydlar təqdim edilmişdir.

 

 

Fövqəlаdə Hаllаr Nаzirliyinin

mətbuаt хidməti

682841
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
166
252
1530
3429
682841

Tarix: 10 -05-2024