Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən Naxçıvan Sement Zavodu Məhdud Məsuliyyətli Cəmiyyətində və Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksində dövlət nəzarəti həyata keçirilmiş və maarifləndirici söhbətlər aparılmışdır.

 

 

 

Maarifləndirmə tədbirinin əsas məqsədi kefiyyətə nəzarət üzrə məsul şəxslər və laboratoriya mütəxəssisləri tərəfindən burada istehsal olunan inşaat materiallarının istifadədən öncə mütləq şəkildə sınaqdan keçirilməsinə və istehsal prosesində məhsulların keyfiyyət göstəricilərinin yoxlanılmasına nəzarətin gücləndirilməsindən ibarət olmuşdur.

 

Qeyd olunmuşdur ki, tikinti materiallarının keyfiyyətinə və təhlükəsizliyinə dair tələblər qanunvericiliklə beynəlxalq təşkilatların ölkə ərazisində qüvvədə olan müvafiq standartları və həmçinin dövlət standartları ilə tənzimlənir. Bunun üçün müasir avadanlıqların quraşdırıldığı laboratoriyada təcrübəli kadrlar işləyir və burada müayinələrin vaxtında və keyfiyyətlə aparılması üçün hər cür şərait vardır. Hazırda burada  istehsal olunan sement, sönmüş əhəng, astar və üzlük suvaq gipsləri, kartonpiyer gipsləri, gips əsaslı gips karton lövhə, məsaməli beton blokları yüksək keyfiyyət standartlarına uyğun olmaqla istehsal olunur və istehlakçıların tələbatlarına tam cavab verməkdədir. Vurğulanıb ki, bütün bunlara inşaat materialları istehsalı sahəsində yüksək texnologiyaların tətbiqi ilə mümkün olmuşdur. Sonda istehsal olunan məhsullardan götürümüş nümunələrin sınağı aparılmış və verilən suallar cavablandırılmışdır.

 

 Fövqəladə Hallar Nazirliyinin

mətbuat xidməti

683817
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
96
275
96
4405
683817

Tarix: 13 -05-2024