Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin  təşkili şöbəsinin əməkdaşlarının və 2 nömrəli tam orta məktəbin müəllim, texniki işçi heyətinin iştirakı ilə mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı “Ümumtəhsil məktəblərində mülki müdafiə işinin təşkilinə diqqət artırılmalıdırmövzusundamaarifləndirici tədbir keçirilmişdir.

 

 

Tədbirin əsas məqsədi 2 nömrəli tam orta məktəbinin müəllim-texniki işçi heyətinə mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qaz və elektrik təsərrüfatı, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat vermək olmuşdur.

Tədbiri giriş sözü ilə açan 2 nömrəli tam orta məktəbin dərs hissə müdiri Sevinc Sadiqova açaraq keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edərək mütəmadi keçirilməsinin vacibliyini vurğulamışdır.

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin, əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin, mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi, dövlət qulluqçusu Azadə Cəfərova fövqəladə vaziyyətlərdə davranış qaydalarının mənimsənilməsinin vacibliyini vurğulayaraq bu cür maarifləndirici tədbirin əhəmiyyətindən danışıb. Həmçinin, məişətdə uşaq dəcəlliyinidən baş verən civə dağılmaları və bu zaman dağılan civə hissəciklərinin yığılması üçün tibbi şpris, yoğun iynə və ya məftil, nazik ucluqlu armudvari rezin pipetkanın lazım olduğunu qeyd etmiş və yığılan bu civə hissəciklərinin xüsusi şəraitdə ağzı kip bağlanan şüşə bankada saxlanılmasının vacibliyi vurğulanmışdır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi, dövlət qulluqçusu Əbülfəz Qafarov məişətdə qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, istifadə olunmayan məişət-elektrik avadanlıqlarının davamlı olaraq cərəyana qoşulu qalmasının təhlükəli tərəflərindən və dəm qazının yaranmasına səbəb olan amillər, bu amillərin aradan qaldırılması və zəhərlənmə zamaı ilk yardım qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid video-çarxlar, videolar təqdim edilmişdir.

 

 

Fövqəlаdə Hаllаr Nаzirliyinin

mətbuаt хidməti

683840
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
119
275
119
4428
683840

Tarix: 13 -05-2024