Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Oktyabrın 18-də  Naxçıvan Muxtar Respublikasında 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qarşısına tapşırıqlar qoyulmuşdur. Müşavirədə qeyd olunmuşdur ki, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri mövsümi qazanxana işçilərinin qabaqcadan təlimatlandırılması ilə bağlı hazırlıq tədbirlərinə başlamalı, bütün ocaqçılar müvafiq kurslara cəlb olunmalıdırlar.

 

 

Eyni zamanda Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısını almaq üçün tədbirlər görməli, bununla əlaqədar  istehlakçılar və sahibkarlar əvvəlcədən məlumatlandırılmalıdırlar.   

 

Verilmiş tapşırıqların icrasına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi və adiyyatı dövlət orqanları ilə birgə tədbirlər planı hazırlanmış və plana uyğun olaraq bir sıra zəruri tədbirlər həyata keçirilmişdir.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə birlikdə Şərur şəhərində yerləşən müəssisə və təşkilatlara o cümlədən istilik təsərrüfatı idarəsinə məxsus qazanxanalarda mövsümi işçilərin əvvəlcədən təlimatlandırılması aparılmış, ocaqçıların müvafiq peşə ixtisası üzrə kurslara cəlb olunmaları üçün müəssisə rəhbərlərinə və cavabdeh şəxslərə tövsiyələr verilərək maarifləndirici söhbətlər aparılmışdır. Aparılan məqsədyönlü tədbirlər nəticəsində 2019-cu ilin sentyabr ayından Naxçıvan Muxtar Respublikasında Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin tabeçiliyində olan peşə məktəblərində 110 nəfər ocaqçının kurslara cəlb olunması təmin olunmuş və hazırda bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Həmçinin Fövqəladə Hallar Nazirliyinin müvafiq vəzifəli şəxsləri tərəfindən qazanxanaların texniki və yanğın təhlükəsizliyi vəziyyətinə baxış keçirilmiş, avadanlıqların təhlükəsiz istismarı üzrə təlimatlar təqdim edilmiş və xoşagəlməz hadisələrin qarşısının alınması üçün maarifləndirici söhbətlər aparılmışdır.

Bununla yanaşı Dövlət Gömrük Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri ilə birgə standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısını alınması məqsədilə Şərur şəhərində ticarət obyektlərində reyd yoxlamaları keçirilərək, istehlakçılar və sahibkarlarla maarifləndirici və məlumatlandırılıcı söhbətlər aparılmış və sahibkarlara bildirişlər təqdim edilmişdir. 
Hazırda bu istiqamətdə işlər davam etdirilir.

 

Fövqəlаdə Hаllаr Nаzirliyinin

mətbuаt хidməti

683148
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
199
274
1837
3736
683148

Tarix: 11 -05-2024