Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Şərur rayon ümumtəhsil məktəblərinin ikinci, beşinci və altıncı siniflərinin rəhbərləri ilə tədris-metodiki toplantı keçirilib.

“Bahar” kinoteatrında keçirilən tədbirdə əsas məqsəd yeni tədris ilinə hazırlıqla bağlı ümumtəhsil məktəblərinin ikinci, beşinci və altıncı siniflərində keçirilən mülki müdafiə dərslərinin 

keyfiyyətini yaxşılaşdırmaq, müəllimlərə əməli köməklik göstərmək və onların bu sahə üzrə pedaqoji səviyyələrini artırmaqdan ibarət olub.

Tədbiri giriş sözü ilə açan Fövəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov vurğulayıb ki, təsdiq olunmuş tədris proqramı əsasında ümumtəhsil məktəblərinin ikinci siniflərində mülki müdafiə dərsləri 6 saat həcmində, 5-ci və 6-cı siniflərdə isə 8 saat həcmində keçirilir. Qeyd olunub ki, mülki müdafiə fənni 2-ci və 5-ci siniflərdə tədris ilinin ikinci yarımilində, 6-cı siniflərdə isə birinci yarımildə tədris olununr. Bu dərslərin keçirilməsinin xüsusiyyəti öyrədilən materialın praktik təmayülə malik olmasıdır. Qeyd olunan siniflərdə şagirdlərin psixoloji xüsusiyyətləri nəzərə alınmaqla uşaqlarda mülki müdafiə fənninə maraq və müsbət əhval-ruhiyyə  yaratmaq mümkündür. Bu məqsədlə  Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsi tərəfindən müvafiq təlimatlar hazırlanıb, slaydlar və videomateriallar məktəblərə təqdim olunub. Məruzəçi daha sonra “Sülh və müharibə dövrlərində mülki müdafiənin təşkili və vəzifələri”, “Sülh və müharibə dövrlərində mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsiqaydası”, mövzularında mühazirələr oxuyub. Mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi Azadə Cəfərova “Ümumtəhsli məktəblərinin 2, 5 və 6-cı siniflərində mülki müdafiə dərslərinin keçirilməsi metodikası və qaydası”, “Naxçıvan Muxtar Respublikası ərazisində ehtimal olunan təbii və texnogen xarakterli fövqəladə hadisələrin nəticələrindən mühafizənin üsulları”, “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydaları”,  Mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi Əbülfəz Qafarov “Radioaktiv, kimyəvi, güclü təsirli zəhərli maddələrlə və bakterioloji vasitələrlə zəhərlənmələr, habelə sınıq, çıxıq, yanıq və digər bədbəxt hadisələr zamanı özünəyardım və qarşılıqlı yardımın göstərilməsi qaydaları” mövzularında mühazirələr oxuyub.

Tədbirdə Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi daxili xidmət kapitanı Şıxəli Əliyev “Ümumtəhsil məktəblərində yanğın yanğın təhlükəsizliyi qaydaları” mövzusunda çıxış edib.

Tədbirə Şərur rayon Təhsil Şöbəsinin Metod kabinetinin müdiri Nəriman İsmayılov yekun vurub. Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb, onlara metodiki kömək məqsədi ilə əyani vəsaitlər, slaydlar və video materiallar təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin

 mətbuat xidməti

683238
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
289
274
1927
3826
683238

Tarix: 11 -05-2024