Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu, Diyadin kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ot bağlamalarında baş vermiş yanğının qısa müddətdə genişlənərək bitişik tikililərə keçmə riski yüksəkdir.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bitişik tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 600 ədəd ot bağlamasından 300-ü yanıb. 300 ədəd ot bağlaması, ümumi sahəsi 78m² olan təsərrüfat obyekti və orada olan 5 ədəd iribuynuzlu heyvan, ümumi sahəsi 70m² olan qaraj və yardımçı tikili yanğından mühafizə olunub.

 

681538
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
227
535
227
2126
681538

Tarix: 06 -05-2024