Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Tədbirdə 15 iyun 1993-cü il ərəfəsində cərəyan edən hadisələr barədə ətraflı məlumat verilib, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs olunub.

Qeyd edilib ki, Ümummilli Lider 1993-cü ilin iyun ayında sonsuz məhəbbətlə sevdiyi xalqının çağırışına səs verdi və həyatını riskə ataraq ölkəmizi parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, dövlət müstəqilliyimizi qorudu və möhkəmləndirdi. Məhz Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edən dövlətimiz regionun liderinə, dünya birliyinin nüfuzlu üzvünə çevrilib.
Çıxışlardan sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə, 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film və videoçarx nümayiş etdirilib.

 

680503
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
108
266
1845
1091
680503

Tarix: 04 -05-2024