Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin növbətçi  yanğınsöndürmə  xidmətlərinin şəxsi heyətinin iştirakı ilə “Ləzzət” Şokolad və Biskvit Fabrikində gündüz məşğələsi keçirilib.

Məşğələnin keçirilməsində məqsəd şöbənin növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinə fabrikinin istehsal fəaliyyəti və yanğın təhlükəli  sahələri ilə yaxından tanış olmaq, eləcə də yanğın zamanı yanğınsöndürmə bölmələri tərəfindən görüləcək təxirsalınmaz tədbirlər haqqında məlumatlar əldə etməkdəni barətdir.
Məşğələ müddətində şöbənin növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinə “Ləzzət” Şokolad və Biskvit Fabrikinin müvafiq vəzifəli şəxsləri tərəfindən müəssisənin istehsalat fəlaiyyəti, yanğına həssas təhlükəli sahələri, istehsal sexləri, hazır məhsul və xammal yığılan anbarlar  haqqında ətraflı məlumatlar verilərək, müəssisədə yaradılan  könüllü yanğın komandasının  rolu və ilkin yanğınsöndürmə vasitələrinin vacibliyindən qeyd olunub.
Təsdiq olunmuş plana əsasən şəxsi heyətin döyüş və peşəhazırlığının artırılması məqsədi ilə fabrikində şərti olaraq baş verən yanğının söndürülməsi və lokallaşdırılması istiqamətində tapşırıqlar icra olunub.

 

680155
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
26
284
1497
743
680155

Tarix: 03 -05-2024