Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi idarəsinin Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsi tərəfindən "Heydər Əliyev İli"nə həsr olunan "Heydər Əliyev müasir Azərbaycan dövlətinin əbədiyaşar memarıdır" mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Yanğın Təhlükəsizliyi idarəsinin rəisi Ehtiram Məmmədov, Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin rəisi Mirtaleh Seyidov və şöbənin əməkdaşları iştirak ediblər.
Əvvəlcə, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Dövlət Yanğın Təhlükəsizliyi idarəsinin rəisi daxili xidmət polkovniki Ehtiram Məmmədov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təminatı istiqamətində həyata keçirdiyi məqsədyönlü işlərdən bəhs edib. Qeyd olunub ki, Dahi Rəhbər Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk illərdən başlayaraq hər bir azərbaycanlının təhlükəsizliyinin təminatı, baş verə biləcək təbii və texnogen halların aradan qaldırılması istiqamətində mühüm qərarlar qəbul edib, müvafiq işlər görüb.
 Tədbirdə Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri barədə ətraflı məlumat verib.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.

 

 

680436
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
41
266
1778
1024
680436

Tarix: 04 -05-2024