Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə fəaliyyət planına uyğun olaraq mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi xidmətdə mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları, ilk yardım və qarşılıqlı yardım məsələləri ilə bağlı iştirakçılara məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan xidmətin sektor müdiri Rauf Rüstəmov bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs etmiş və tədbirin mаhiyyəti bаrədə iştirаkçılаrа məlumаt vеrmişdir.
Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımov xidmətdə mülki müdafiə işinin təşkili və aparılmasına qoyulan müasir tələblər, mülki müdafiə tədbirlərinin planlaşdırılması və keçirilməsi qaydaları haqqında iştirakçılara məlumat verib.


Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin baş məsləhətçisi, dövlət qulluqçusu Azadə Cəfərova “Fövqəladə hallar zamanı özünə və başqalarına yardım göstərməyi hamı bacarmalıdır” mövzusunda çıxış edərək, sınıqlar, yanıqlar, qanaxmalar, uzun müddətli sıxılma sindromu və bu zaman ilk yardım qaydaları haqqında məlumat verib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin baş məsləhətçisi, dövlət qulluqçusu Əbülfəz Qafarov “Fövqəladə hallar zamanı davranış qaydalarını hamı bilməlidir” mövzusunda məlumat verərək zəlzələ, sel, subasma  zamanı davranış və fəaliyyət qaydalarını da diqqətə çatdırmışdır
Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid slayd və videolar təqdim edilmişdir.

 

                      Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

 

             

 

023060
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
87
162
371
3509
23060

Tarix: 19 -02-2020