Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

F Ə R M A N I

 

 

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi

haqqında Əsasnamənin, Nazirliyin strukturunun və işçilərinin

say həddinin təsdiq edilməsi barədə

 

 

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. «Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə» təsdiq edilsin. (Əlavə olunur)

2. «Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturu» təsdiq edilsin. (Əlavə olunur)

3. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən işçilərinin say həddi təsdiq edilsin.

4. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləği və pul təminatının digər növləri «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə»  Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli fərmanının 4-cü bəndi ilə müəyyən edilir.

5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

5.1 Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin Əsasnamələrinin layihələrini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin;

5.2 Bu Fərmandan irəli gələn məsələləri həll etsin.

6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

 

Naxçıvan Muxtar Respublikası

      Ali Məclisinin Sədri                                                                                      VASİF  TALIBOV

 

Naxçıvan şəhəri, 16 may 2006-cı il

№ 27-III FR

677914
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
145
337
2665
13460
677914

Tarix: 27 -04-2024