Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin 2020-ci il birinci yarımili üçün təsdiq edilmiş döyüş hazırlığı planına uyğun olaraq şöbənin növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinin iştirakı ilə “Gəmiqaya Mebel Fabriki” MMC-də gündüz məşğələsi keçirilmişdir.
Məşğələnin keçirilməsində əsas məqsəd şöbənin növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinə Naxçıvan Muxtar Respublikasında iri mebel istehsalı müəssisəsi olan “Gəmiqaya Mebel Fabriki” MMC-nin istehsal fəaliyyəti və yanğın təhlükəli sahələri ilə yaxından tanış olmaq, eləcə də yanğın zamanı yanğınsöndürmə bölmələri tərəfindən görüləcək təxirsalınmaz tədbirlər haqqında məlumatlar əldə etməkdəni barətdir.
Məşğələ müddətində şöbənin növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinə “Gəmiqaya Mebel Fabriki” MMC-nin müvafiq vəzifəli şəxsləri tərəfindən müəssisənin istehsalat fəlaiyyəti, yanğına həssas təhlükəli sahələri və istehsal sexləri haqqında ətraflı məlumatlar verilərək, müəssisədə yaradılmış könüllü yanğın komandasının rolu və ilkin yanğınsöndürmə vasitələrinin vacibliyindən qeydo lunmuşdur.
Təsdiq olunmuş plana əsasən şəxsi heyətin döyüş və peşəhazırlığının artırılması məqsədi ilə “Gəmiqaya Mebel Fabriki” MMC-də şərti olaraq baş vermiş yanğının söndürülməsi və lokallaşdırılması istiqamətində tapşırıqlar icra olunmuşdur.
Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin təsdiq edilmiş döyüş hazırlığı planına uyğun olaraq gecə və gündüz məşğələləri nəzərdə tutulmuş təhlükə potensiallı obyektlərdə mütəmadi olaraq keçirilməsi planlaşdırılmışdır.
http://fh.nakhchivan.az/2019-05-23-06-46-50/x%C9%99b%C9%99rl%C9%99r/334-%E2%80%9Cg%C9%99miqaya-mebel-fabriki%E2%80%9D-mmc-d%C9%99-g%C3%BCnd%C3%BCz-m%C9%99%C5%9F%C4%9F%C9%99l%C9%99si-ke%C3%A7irilib.html?tmpl=component&print=1&layout=default&page=#sigProId33ef281eca
Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti