Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Virus infeksiyalarına qarşı mübarizə tədbirləri 27-29 noyabr tarixlərində də davam etdirilmişdir. Rayonların əsas küçə və prospektləri, məktəb, uşaq bağçaları, ticarət mərkəzləri və insanların ən çox toplaşdığı yerlər, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları daxil olmaqla ümumulikdə 852 000 m2 ərazidə dezinfeksiya işləri aparılmışdır.

Ardını oxu...

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə fəaliyyət planına uyğun olaraq 26 noyabr 2020-ci il tarixdə payız-qış mövsümünə hazırlıqla bağlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin aid vəzifəli şəxslərinə payız-qış mövsümünə hazırlıqla bağlı təhlükəsizlik tədbirləri barədə məlumat vermək, fövqəladə hallara hazırlıqla bağlı müəyyən olunmuş qaydalara əməl olunması üçün məsul vəzifəli şəxslərin məsuliyyətini artırmaq, yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı tədbirlərin yerinə yetirilməsi üzrə məlumat verməkdən ibarət olmuşdur.

Ardını oxu...

25 noyabr 2020-ci il tarixdə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsininbirgə fəaliyyət planına uyğun olaraq payız-qış mövsümünə hazırlıqla bağlı maarifləndirici tədbir keçirilmişdir.

Ardını oxu...

25 noyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Fövqəlаdə Hаllаr Nаzirliyinin iş planına uyğun olaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsdə payız-qış mövsümünə hazırlıqla əlaqəli yanğın təhlükəsizliyi və dəm qazı məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

Ardını oxu...

685144
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
294
288
1423
5732
685144

Tarix: 17 -05-2024