Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

2020-ci ilin iyul ayı ərzində Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyi tərəfindən muхtаr rеspublikаdа mülki müdаfiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı, yаnğın təhlükəsizliyinin, tikintidə, sənаyеdə və dаğ-mədən işlərində tехniki təhlükəsizliyin təmin оlunmаsı istiqаmətində qаrşıyа qоyulmuş vəzifələrin icrаsı əsasən təmin еdilmişdir.
03 oktyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Rеspublikası Ali Məclisində keçirilmiş müşavirədə Fövqəladə Hallar Nazirliyinin qarşısına qoyulmuş tapşırıqların icrasını təmin etmək məqsədilə 31 obyektdə fövqəladə hallara hazırlıq vəziyyəti təkrar yoxlanılmış, əvvəlki yoxlamalar zamanı aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılmışdır.
Naxçıvan Günəş Elektrik Stansiyasının günəş panelləri ərazilərində perimetr boyu 7,5 km uzunluğunda torpaq yollar çəkilərək minerallaşdırılmış zolaqlar yaradılmış, stansiyanın bütün ərazisində otlar biçilmiş, 11 ədəd müşahidə kamerası quraşdırılmışdır. Həmçinin Kəngərli Günəş Elektrik Stansiyasında yanğın təhlükəsizliyi etibarlı təmin edilmişdir.
Muxtar respublikada pandemiyaya qarşı profilaktik tədbirlər davam etdirilərək Naxçıvan şəhəri, Babək, Şərur, Culfa, Kəngərli və Şahbuz  rayonlarının qəsəbə, kənd, küçə və prospektlərində ümumilikdə 3 mln. 263 min m2 yollar, səkilər, eləcə də Naxçıvan Neft və Qaz Məhsulları Müəssisəsi, Naxçıvan Qarnizonunun hərbi hissələri, hərbi şəhərciklər, Naxçıvan şəhərində inzibati orqanların, ticarət və ictimai-iaşə obyektlərinin, istirahət parklarının, məscid və mərasim evlərinin ətrafı dezinfeksiya edilmişdir.
Nаzirliyin struktur qurumlаrındа təlim-tədrisin gücləndirilməsi istiqаmətində tədbirlər həyata keçirilmiş, Dövlət Yаnğın Təhlükəsizliyi İdаrəsinin hər bir şöbəsində 3 dəfə gecə, 12 dəfə gündüz məşğələsi, Ordubad rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsində gündəlik həyat fəaliyyətinin təşkilinə dair nümunəvi məşğələ keçirilmişdir. Naxçıvan şəhər, Babək və Şahbuz rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin 4 ədəd yanğınsöndürmə avtomobili və 30 nəfər şəxsi heyəti cəlb olunmaqla Naxçıvan Günəş Elektrik Stansiyasında taktiki-xüsusi təlim keçirilmişdir.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində 8 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu ixtisasartırma kurslarını bitirərək sertifikat almışdır. Hərbi hissənin kimya şəhərciyində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin kimya xidmət rəisləri ilə ixtisas toplantısı keçirilmişdir.
Uzunoba çimərliyində xilasedici dalğıcları gündəlik xidməti təşkil edilmiş, suda boğulma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilmişdir. Şərur rayon Axura kəndində yağış nəticəsində yaranmış selin fəsadlarının aradan qaldırılmasına   139 nəfər şəxsi heyət, 8 ədəd texnika və 16 ədəd su nasosu cəlb edilərək qarşıya qoyulmuş tapşırıqlar icra olunmuşdur.
Ay ərzində 10 оbyеktdə texniki təhlükəsizliyə əməl olunması yоxlanılmış, 4 obyektdə öncədən aparılmış yoxlama zamanı aşkar edilmiş 15 sayda tеxniki təhlükəsizlik qayda və nоrmalarının pоzulması halları aradan qaldırılmışdır. 1 müəssisə təhlükə potensiallı obyektlərin dövlət reyestrində təkrar qeydiyyatdan keçirilmiş, 2 müəssisədə 21 nəfər işçinin iştirakı ilə texniki təhlükəsizliyin təmin edilməsi üzrə maarifləndirici söhbət aparılmışdır. 6 müəssisədə 21 qurğu sınaqdan keçirilərək texniki təhlükəsizlik sertifikatı ilə təmin edilmiş, 143 texnoloji nəqliyyat vasitəsi texniki baxışdan keçirilmiş, 9 texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilərək texniki pasport və dövlət nömrə nişanı ilə təmin edilmişdir. Naxçıvan şəhəri Əlincə və Babək məhəllələrində yaşayış binalarında istismar olunan liftlər texniki müayinədən keçirilmiş, Naxçıvan şəhəri 49-cu məhəllədə inşa edilən yaşayış binalarında istismar edilən qülləli kranın təhlükəsiz istismar edilməsinə nəzarət olunmuşdur. “Sədərək” sərhəd keçid məntəqəsində yeni müasir portal monitorların quraşdırılması ilə bağlı aparılan işlərdə texniki təhlükəsizlik tələblərinin həyata keçirilməsinə nəzarət edilmişdir.
Mülki müdafiə işinin təşkili ilə bağlı “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 saylı Culfa yanğın qatarı ilə taktiki təlim, “Naxçıvan Sement Zavodu” və “Gəmiqaya Mebel Fabriki” məhdud məsuliyyətli cəmiyyətlərində könüllü yanğınsöndürmə komandası, sanitar postu və xilasetmə manqası ilə əməli məşğələlər keçirilmişdir. 83 obyektdə mülki müdafiə işinin təşkili vəziyyəti yoxlanılmış və metodiki köməklik göstərilmişdir. 97 ictimai yaşayış binasının zirzəmisinin vəziyyəti yoxlanılmış, 5 zirzəminin pasportu hazırlanmışdır.
Muxtar respublikada yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə 186 obyektdə diqqətli, 158 obyektdə nəzəri və 46 obyektdə məqsədli yanğın-texniki müayinələr aparılmış, yerli icra hakimiyyəti orqanları ilə birlikdə 4 min 896 yaşayış evinə baxış keçirilərək 39 elektrik xətti və 85 şlanqla çəkilmiş qaz xəttinin yeri dəyişdirilmiş, 68 tezqatlanan tüstü borusunun istismarı dayandırılmışdır. 142 obyektdə icbari sığorta müqaviləsinin bağlanılması təmin edilmişdir.
Taxıl biçini dövründə bu strateji əhəmiyyətli məhsulun təhlükəsiz yığılması diqqətdə saxlanılaraq biçin aparılan sahələrin yaxınlığında, əlverişli yerlərdə gündəlik olaraq yanğından mühafizə bölmələrinin, magistral yol kənarlarında motoxilasedicilərin, habelə taxıl zəmilərinin kənarlarında səyyar patrulların xidməti təşkil olunmuş, biçindən sonra əkin yerlərinin yandırılmasının qarşısının alınması üzrə tədbirlər həyata keçirilmişdir.
Muxtar respublikada tikintisi başa çatdırılmış 1 obyektin istismara hazırlığı yoxlanılmış, Naxçıvan şəhərində tikintisi planlaşdırılan 7 ədəd 9 mərtəbəli ictimai yaşayış binasının tikintisi ilə bağlı müəyyən olunmuş ərazidə hər birinin dərinliyi  15 metr olan 3 geoloji kəşfiyyat quyusu qazılaraq 19 sayda sınaq nümunəsi götürülmüşdür. 12 obyektin işçi layihə sənədlərinə rəy verilmiş, mühəndis-geoloji, beton və sement laboratoriyasında 17 sayda qarışıq beton nümunəsi sınaqdan keçirilmişdir.
Nazirlik tərəfindən Naxçıvan şəhər Peşə Liseyində “Qazanxana maşinisti” və “Gözətçi” peşə hazırlıq kurslarında “Əməyin mühafizəsi” və “Siqnalizasiya, elektrik avadanlıqları və yanğın təhlükəsizliyinə nəzarət” fənlərinin tədrisi təmin edilmişdir.
Ay ərzində Nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə işi təşkil edilərək Naxçıvan Dövlət televiziyasında 14 xəbər süjeti, 1 veriliş hazırlanmış, “şerqqapisi.az” saytında 5 xəbər, “naxcivantv.az” saytında 5 xəbər, “nuhcixan.az” saytında 1 maarifləndirici yazı, 15 xəbər, “naxcivanxeberleri.com” saytında 1 maarifləndirici yazı, 13 xəbər, “azərtag.az” saytında 12 xəbər və nazirliyin saytında 12 xəbər və 1 maarifləndirici yazı işıqlandırılmışdır. Bundan əlavə “Şərq qapısı” qəzetində 1 maarifləndirici yazı, 2 xəbər, “Şərurun səsi”, “Oğuz səsi” və “Şərqin səhəri” qəzetlərində 1 xəbər, 1 maarifləndirici yazı, “Arazın səsi” qəzetində 2 xəbər, “El həyatı”, “Oğuz yurdu”, “Nuh yurdu” və “Yeni həyat” qəzetlərində 1 maarifləndirici yazı dərc edilmişdir.

  

Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

677511
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
79
1090
2262
13057
677511

Tarix: 26 -04-2024