NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
F Ə R M A N I
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 16 may tarixli, 27-III-FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”də dəyişiklər edilməsi barədə
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 16 may tarixli, 27-III-FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”dəaşağıdakı dəyişikliklər edilsin:
1. 8.57-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“8.57. Nazirliyin tabeliyində olan struktur bölmələrinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçularının və mülki işçilərinin həyat və sağlamlığının qanunvericiliyə uyğun olaraq icbari qaydada sığortalanmasını təmin etmək;”;
2. 8.58-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“8.58. dаşınmаz əmlаkın (yаşаyış binаlаrı, yаşаyış еvləri və mənzillərin icbаri sığоrtаsı istisnа оlmаqlа) və dаşınmаz əmlаkın istismаrı ilə bаğlı mülki məsuliyyətin qаnunvеriciliyə uyğun оlаrаq icbаri qаydаdа sığоrtаlаnmаsınа nəzаrət еtmək; ”.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 25 dekabr 2014-cü il
№ 135-IV FR