NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

F Ə R M A N I

 

 

«Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi

haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə» Naxçıvan Muxtar Respublikası

Ali Məclisi Sədrinin 2006-cı il 16 may tarixli 27-III FR nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

 1. «Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strkturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə» Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 16 may tarixli 27-III FR nömrəli Fərmanının 4-cü bəndi çıxarılsın.

2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 16 may tarixli 27-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş «Naxçıvan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə»nin 10.4-cü bəndinin birinci abzası aşağıdakı redaksiyada verilsin:

«Nazirliyin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləği və pul təminatının digər növlərinin ödənilməsi qaydaları qanunvericiliyə uyğun müəyyən edilir».

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

 

Naxçıvan Muxtar Respublikası

      Ali Məclisinin Sədri                                                            VASİF  TALIBOV

 

Naxçıvan şəhəri, 23 sentyabr 2008-ci il

№ 135-III FR