“112” qaynar xəttinə aşağıdakı hallarda

zəng edə bilərsiniz

 

  • texnogen mənşəli qəza və təbii fəlakətlər baş verdikdə;
  • yanğın baş verdikdə və ya yanğın törədə biləcək hallar yarandıqda;
  • uşaq, yaşlı və ya xəstə insanlar bağlı qapı arxasında və ya hər hansı köməksiz vəziyyətdə qaldıqda;
  • ağır yol-qəza hadisəsi baş verdikdə;
  • tikintidə və sənaye müəssisələrində qəza baş verdikdə, həmçinin, qəzaya səbəb ola biləcək hal müşahidə edildikdə;
  • su hövzələrində xilasetmə işlərinin həyata keçirilməsinə ehtiyac yarandıqda;
  • radioaktiv, kimyəvi və digər təhlükə potensiallı maddələr, onların daşınması üçün istifadə olunan konteynerlər, habelə partlayıcı maddə və silah-sursat aşkar olunduqda-itirildikdə;
  • digər qəzalar zamanı yardıma ehtiyac yarandıqda;
  • digər xidmətlərlə (102, 103, 104) əlaqə yaratmaq mümkün olmadıqda

 

“112” qaynar xəttinə Naxçıvan Muxtar Respublikası ərazisində şəhərdaxili, GSM (“Naxtel”, “Azercell”, “Bakcell”, “Nar Mobile”) və CDMA tipli simsiz telefon və bütün növ taksofonlardan zəng etmək olar. Xidmət pulsuzdur.

 

“112” qaynar xəttinin operatorları 24 saat ərzində (fasiləsiz) məlumat qəbul edir və operativ tədbirlərin görülməsi üçün müvafiq strukturları xəbərdar edir.