Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxcivantv.az xəbər verir ki, Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov bildirib ki, atlasda dərc olunan materiallar müxtəlif təbii fəlakətlərin, qəza və faciələrin qarşısının alınması və nəticələrin aradan qaldırılması üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsində geniş şəkildə istifadə olunacaq, əhalinin hövqəladə hallardan qorunmasında öz töhfəsini verəcək.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, "Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası" redaksiya heyətinin sədr müavini Şamı Abdullayev bildirib ki, atlasda Sədərək rayonunda mövcud olan daşqın-subasma hadisələri, çöl yanğınları, təhlükəli hidrometereoroloji hadisələrdən olan doluvurma, anomal aşağı temperaturlar, erroziya və səhralaşma prosesləri, torpaqların şoranlaşması, güclü küləklər, su qıtlığı təhlükəsi və atmosfer quraqlığı da öz əksini tapıb. Vurğulanıb ki, atlasda təqdim olunan materiallardan Sədərək Rayon İcra Hakimiyyəti, aqronomlar və fermerlər maksimum dərəcədə faydalana biləcəklər.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Hafiz Yaqubov, Dövlət Baytarlıq xidmətinin rəisi Əbil Əbilov rayon fövqəladə hallar komissiyasının sədri Yusif Seyidov çıxış edərək bildiriblər ki, fövqəladə hallar üzrə ensiklopedik məlumatları özündə əks etdirən "Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası" dəyərli normativ-metodiki vəsait kimi texnogen fəlakətlərin, sosial-bioloji təhlükələrin qarşısının alınmasında metodiki sənəd kimi istifadə olunacaqdır.

 

Röyal Kərimov

NTV Xəbər

 

674740
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
158
255
1544
10286
674740

Tarix: 20 -04-2024