Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxcivantv.az xəbər verir ki, tədbiri Ordubad rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açıb.

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, "Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası" redaksiya heyətinin sədr müavini Şamı Abdullayev atlasda Ordubad rayonu ilə bağlı olan məlumatlara nəzər salaraq bildirib ki, təhlükəli sel və daşqınların əksəriyyəti bu rayonda baş verir. Bu, ilk növbədə rayonun mürəkkəb təbii şəraitə malik olması və dağlıq ərazidə yerləşməsi ilə əlaqədardır. Eyni zamanda  Ordubadçay və Gənzəçaydan keçən sel, yağan leysan yağışlar rayonun  bir çox yaşayış məntəqələrinə ciddi zərər vurub. Atlasda selə qarşı müdafiə tədbirləri də öz əksini tapıb

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii sərvətlər naziri Hafiz Yaqubov, Dövlət Baytarlıq xidmətinin rəisi Əbil Əbilov və Ordubad rayon fövqəladə hallar komisiyasının sədri, rayon icra hakimiyyəti başçısının  müavini Rəşad Orucov çıxış edərək bildiriblər ki, fövqəladə hallar atlası fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə idarəetmə orqanlarının və qüvvələrinin fəaliyyətinin planlaşdırılması və təşkili baxımından müstəsna əhəmiyyət kəsb edir.

Orxan Əzimov

NTV Xəbər

 

674738
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
156
255
1542
10284
674738

Tarix: 20 -04-2024