Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxcivantv.az xəbər verir ki, tədbiri Culfa rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev açaraq atlas haqqında tədbir iştirakçılarına ümumi məlumat verib.

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, "Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası" redaksiya heyətinin sədr müavini Şamı Abdullayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası"nın nəşri haqqında imzaladığı 2016-cı il 17 mart tarixli Sərəncamla  atlas işıq üzü görüb.

Nazir bildirib ki,  nəşirdə təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, qaz kəmərlərinin, kommunikasiya xətlərinin, digər infrastruktur obyektlərinin mühafizəsi, təbii fəlakətlərin, texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin praktiki olaraq planlaşdırılması və həyata keçirilməsi müəyyən edilib. Eyni zamanda atlasda muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı göstəricilər, infrastruktur obyektləri barədə məlumatlar, müxtəlif miqyaslı inzibati və coğrafi xəritələr verilib.

Atlasda qeyd olunur ki, Culfa rayonunda yaranan təbii fövqəladə hallar əsasən leysan yağışları, dağlarda qarın sürətlə əriməsi nəticəsində sel ocaqlarının əmələ gəlməsi, subasmanın yaranması və güclü küləklərlə əlaqəlidir. Qar uçqunu təhlükəsi Culfa  rayonunun   Ərəfsə, Ləkətağ və Boyəhməd kəndləri üçün xarakterikdir. Bu təhlükədən qorunmaq üçün rayon fövqəladə hallar komissiyası tərəfindən konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmalıdır.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii sərvətlər naziri Hafiz Yaqubov, Dövlət Baytarlıq xidmətinin rəisi Əbil Əbilov və Culfa rayon fövqəladə hallar komisiyasının sədr əvəzi Əbülfəz Mahmudov çıxış edərək bildiriblər ki, fövqəladə hallar üzrə ensiklopedik məlumatları özündə əks etdirən "Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası" dəyərli normativ-metodiki vəsait kimi texnogen fəlakətlərin, sosial-bioloji təhlükələrin qarşısının alınmasında metodiki sənəd kimi istifadə olunacaq.

                                                                                Orxan Əzimov

NTV Xəbər

662734
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
228
335
2702
16728
662734

Tarix: 29 -03-2024