Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Babək Rayon İcra Hakimiyyətində “Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Atlası”  kitabının təqdimat mərasimi keçirilib.

Naxcivantv.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov bildirib ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 mart 2016-cı il tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” nəşr olunub. Sərəncamda qeyd olunur ki, atlasın nəşri təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, infrastruktur obyektlərinin, o cümlədən qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədi daşıyır. “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” bu sahədə vahid elmi yanaşmanın təmin olunmasına xidmət edən ilk dəyərli nəşrdir.

Naxçıvan Muxtar respublikasının Fövqəladə Halllar naziri, general-leytenant Şamı Abdullayev çıxışında bildirib ki, kitabda muxtar respublikanın iqtisadi-coğrafi şəraiti və inzibati ərazi bölgüsü, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işinin təşkili haqda dəyərli məlumatlar vardır.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Hafiz Yaqubov, Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov, Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Vaqif Rəsulov çıxış edib.

 

                                      Muxtar Rzazadə

NTV Xəbər

 

677299
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
957
529
2050
12845
677299

Tarix: 25 -04-2024