Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

 

“Naxçıvan Muxtar Respublikasının fovqəladə hallar atlası”nın nəşri haqqında

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

S Ə R Ə N C A M I

 

Son illərdə Naxçıvan Muxtar Respublikasında geniş quruculuq işləri həyata keçirilir. Bununla bağlı əhalinin və infrastruktur obyektlərinin mühafizəsini və fövqəladə halların qabaqlanması üçün profilaktik tədbirlərin planlaşdırılmasını həyata keçirən, bu sahədə müvafiq qərarlar qəbul edən dövlət orqanlarından vahid elmi-praktik yanaşma tələb olunur. “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədi daşıyır. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” nəşr edilsin.

2. “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyətinin aşağıdakı tərkibi təsdiq edilsin:

 

Redaksiya heyətinin sədri

                         Asəf Məmmədov – Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini.

 

Redaksiya heyəti sədrinin muavinləri:

                        Şamı Abdullayev – Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri

                        İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri.

 

Məsul katib:

                        Tariyel Talıbov – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun direktoru.

 

Redaksiya heyətinin uzvləri: 

                        Famil Seyidov – Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri

                        Niyazi Novruzov – Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri

                        Rövşən Məmmədov – Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri

                        Mirsənani Seyidov– Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri

                        Elşad Əliyev – Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri

                        Hafiz Yaqubov – Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri

                        Natəvan Qədimova – Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri

                        Məmməd Qəribov – Naxçıvan Muxtar Respublikasının təhsil naziri

                        Müslüm Cabbarzadə – Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə                                                                                   Dövlət Komitəsinin sədri

                        Kamal Cəfərov – Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin sədri

                        Saleh Məhərrəmov – Naxçıvan Dövlət Universitetinin rektoru

                        Yasin Səfərov – Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru

                        Əliəddin Abbasov – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru

                        Ramin İsmayılov – “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru

                        Mübariz Bayramov – Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri

                        Nazim Bababəyli – Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının müdiri.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

VASİF  TALIBOV

Naxçıvan Muxtar Respublikası

                                                                                                                                 Ali Məclisinin Sədri

 

Naxçıvan şəhəri, 17 mart 2016-cı il

№ 49-05/S

 

674395
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
68
247
1199
9941
674395

Tarix: 19 -04-2024