Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

F Ə R M A N I

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 16 may tarixli, 27-III-FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”də dəyişiklər edilməsi barədə

 

 

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 16 may tarixli, 27-III-FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”dəaşağıdakı dəyişikliklər edilsin:

 

1. aşağıdakı məzmunda 8.32-1-8.32-3-cü 8.62-1-ci yarımbəndlər əlavə edilsin:

“8.32-1. icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, mülki müdafiə üzrə xüsusi əhəmiyyətli obyektlərdə kompleks mülki müdafiə təlimlərinin keçirilməsini təşkil etmək;

8.32-2. mülki müdafiə qüvvələrinin təlim və məşqlərini planlaşdırmaq, onların hazırlanmasına və həyata keçirilməsinə nəzarət etmək, təyinatı üzrə tətbiqini təşkil etmək;

8.32-3. əhalinin fövqəladə hadisələrdən qorunma qaydalarını və üsullarını, eyni zamanda mülki müdafiə tədbirləri barədə maarifləndirilməsini təşkil etmək;”

“8.62-1. insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr barədə əhalinin vaxtında xəbərdar edilməsini aidiyyəti dövlət orqanları ilə birgə həyata keçirmək, belə hadisələrin nəticələrinə və onların aradan qaldırılması üçün görülmüş tədbirlərə dair əhaliyə məlumat vermək;”.

2.  8.48-ci yarımbənddən “və akkreditasiya” sözləri çıxarılsın.

 

 


Naxçıvan Muxtar Respublikası

       Ali Məclisinin Sədri                                                                              VASİF  TALIBOV

 

Naxçıvan şəhəri, 18 aprel 2017-ci il

№ 60-V FR

674734
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
152
255
1538
10280
674734

Tarix: 20 -04-2024