Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

F Ə R M A N I

 

 

“Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Dövlət Tikintidə  Təhlükəsizliyə Nəzarət İdarəsi haqqındaƏsasnamələrin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 27 aprel tarixli, 67-III-FR nömrəli Fərmanında dəyişiklər edilməsi barədə

  

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Həmin Fərmanla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi haqqında Əsasnamə” üzrə:

1.1. 1-ci hissədə “məhsulların və xidmətlərin” sözləri “malın (xidmətin, işin), prosesin və idarəetmə sisteminin müvafiq qanunvericiliyə uyğun” sözləri ilə əvəz edilsin və həmin hissəyə “aparan” sözündən sonar “qurumların fəaliyyətinə” sözləri əlavə olunsun;

1.2. 7.4-cü bənddə “həyata keçirir” sözləri “təşkil edir” sözləri ilə əvəz edilsin;

1.3. 8.42-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.42. yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan malın (xidmətin, işin), prosesin və idarəetmə sisteminin uyğunluq sertifikatlarının olub-olmadığını yoxlamaq, habelə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sertifikatların qüvvəsinin müvəqqəti dayandırılması və ya ləğv edilməsi barədə təkliflər vermək;”. 

2. Həmin Fərmanla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə  Təhlükəsizliyə Nəzarət İdarəsi haqqında Əsasnamə”nin 8.28-ci bəndi ləğv edilsin.

 

 

 

Naxçıvan Muxtar Respublikası

       Ali Məclisinin Sədri                                                                       VASİF  TALIBOV

 

Naxçıvan şəhəri, 18 aprel 2017-ci il

№ 61-V FR

676101
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
288
255
852
11647
676101

Tarix: 24 -04-2024