Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

F Ə R M A N I

 

 

“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

 

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: 


1.  “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2.  Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

2.1. “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nı təsdiq etsin;

2.2. mürəkkəb-texniki obyektlərin, komplekslərin və bu qəbildən olan başqa tikinti obyektlərinin siyahısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə razılaşdırmaqla təsdiq etsin;

2.3. bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

 

Naxçıvan Muxtar Respublikası

      Ali Məclisinin Sədri                                                                 VASİF  TALIBOV

 

Naxçıvan şəhəri, 5 yanvar 2015-ci il

 

675826
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
13
255
577
11372
675826

Tarix: 24 -04-2024