Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

  

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

  

F Ə R M A N I

 

 

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin

Fəaliyyətinin Təkmilləşdirilməsi ilə Bağlı Bəzi Məsələlər Haqqında

 

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini təkmilləşdirmək məqsədilə qərara alıram:

 

1. «Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə» Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 16 may tarixli 27-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş «Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnaməyə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.1. 8.1.1-ci yarımbənddə «Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi» sözlərindən sonra, «Xüsusi Riskli Xilasetmə Xidməti» sözləri əlavə edilsin;

1.2. 8.1.5-ci bənddə «silahlı birləşmələrinin» sözlərindən sonra «və aidiyyəti dövlət orqanlarının» sözləri əlavə edilsin;

1.3. 8.13-cü bənddə mülki müdafiə qüvvələrinin» sözləri «Nazirliyin strukturuna daxil olan hərbi və xüsusi xidmət bölmələrinin, habelə xilasetmə işində iştirak edən digər qurumlarının» sözləri əlavə edilsin;

1.4. 8.14-cü bənd aşağıdakı redaksiyada verilsin:

«Nazilriyin tabeliyində olan struktur bölmələrində xidmət keçən hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların hərbi və səfərbərlik hazırlığı səviyəsinin saxlanılmasını təmin etmək»;

1.5.  8.38-ci bənd aşağıdakı redaksiyada verilsin:

«Nazirliyin tabeliyində olan struktur bölmələrində xidmət keçən hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların hərbi və səfərbərlik hazırlığı səviyyəsinin saxlanılmasını təmin etmək»;

1.6. 8.43-cü bənddə «tabeliyində olan» sözlərindən sonra « habelə könüllü və idarədənkənar» sözləri əlavə edilsin;

1.7. 8.57-ci bənd aşağıdakı redaksiyada verilsin:

«Nazirliyin tabeliyində olan struktur bölmələrinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçularının həyatının qanunvericiliklə müəyyən edilmiş qaydada icbari sığırtalanmasını təmin etmək»;

1.8. 8.74-cü bənd aşağıdakı redaksiyada verilsin:

«Nazirliyin tabeliyində olan struktur bölmələrinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin sosial müdafiəsini, sağlamlığının qorunmasını və onların tibbi təminatını həyata keçirmək»;

1.9. Aşağıdakı məzmunda 8.75-ci bənd əlavə edilsin, 8.75-8.80 bəndlər müvafiq olaraq     8.76-8.81 bəndlər hesab edilsin:

«8.75. fövqəladə halların nəticələrini aradan qaldırılması üzrə müvafiq dövlət orqanları ilə birgə fəaliyyət planı tərtib etmək və həyata keçirilməsi zamanı onların fəaliyyətini əlaqələdirmək»;

1.10. 9.14-cü bənddən «, yanğın təhlükəsizliyi idarəsinin əməkdaşlarına, xilasedicilərinə» sözləri çıxarılsın;

1.11. 9.16-cı bənddə Nazirliyin vəzifəli şəxslərinin, hərbi qulluqçularının və pensiyaçılarının, onların ailə üzvlərinin sağlamlığının qorunması istiqamətində» sözləri «Nazirliyin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının, digər işçilərinin və onların ailə üzvlərinin, habelə pensiyaçılarının sağlamlığının qorunması istiqamətində qanunvericiliklə müəyyən edilmiş qaydada» sözləri ilə əvəz edilsin;

1.12. 10.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

«Nazirliyin strukturu və büdcədən maliyyələşdirilən işçilərinin ümumi sayı, o cümlədən müddətli həqiqi hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının sayı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilir.»

1.13. 10.3-cü bənd aşağıdakı redaksiyaya verilsin:

«Nazirlik sistemində qulluqkeçmə hərbi qulluqçuların, xüsusi rütbəsi olan əmkşdaşların və dövlət qulluqçularının xidmətindən ibarət olmaqla, qulluqkeçmənin qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir.»;

1.14. 10.4-cü bəndə aşağıdakı məzmunda 2-ci abzas əlavə edilsin:

«Nazirlik sistemində hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların ərzaq təminatı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının ərzaq və əşya təminatı normalarına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənir»;

1.15. 10.106-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

«Nazirliyin mərkəzi aparatının işçilərini, tabeliyində olan qurumların və digər orqanlarının rəhbərlərini, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, Azərbaycan Respublikası vətəndaşlarını qanunvericiliyə uyğun olaraq, hərbi və xüsusi rütbəli vəzifələrdə xidmətə qulluğa qəbul və qulluqdan azad edir, Nazirliyin vəzifəli şəxslərinin vəzifəyə təyin və vəzifədən azad etmə ilə bağlı səlahiyyətlərini müəyyən edir, kadr nomenklaturasını təsdiq edir və qanunvericiliklə müəyyən edilmiş qaydada işçilərin attestasiyasının keçirilməsini təşkil edir»;

1.16. 10.10.10-cu yarımbənddə «qoşunların qurulması» sözləri «hərbi qurumların formalaşdırılması» sözləri ilə əvəz edilsin;

1.17. 10.10.15-ci yarımbənddə «hərbi qulluqçularını», hərbiləşdirilməmiş qurumlarının əməkdaşlarını və dövlət qulluqçularını sözləri «işçilərini» sözü ilə əvəz edilsin;

1.18. 10.10.17-ci yarımbənddə «xidmətedici heyətlə» sözləri «mülki işçilərlə» sözləri ilə əvəz edilsin;

1.19. 10.10.22-ci yarımbənddə «hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları olan mülki» sözləri çıxarılsın;

1.20. 10.10.28-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

«Nazirliyin tabeliyində olan struktur bölmələrində hərbi və xüsusi rütbəlilər üzrə vəzifələrin və bu vəzifələrə uyğun gələn hərbi və xüsusi rütbələrin siyahılarını müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində təsdiq edir, şəxsi heyətin səfərbərlik və döyüş hazırlığını, məxfilik və təhlükəsizlik qaydalarına riayət etmələrini təmin edir»;

2. «Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, Nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə» Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 16 may tarixli 27-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş «Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturu»nda «Hərbiləşdirilməmiş Xüsusi Mühafizə Dəstəsi» sözləri «Xüsusi Riskli Xilasetmə Xidməti» sözləri ilə əvəz edilsin, «Təcili Xilasetmə Xidməti» və «Kinoloji Xidmət» abzasları çıxarılsın.

3. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Hərbiləşdirilməmiş Xüsusi Mühafizə Dəstəsi, Təcili Xilasetmə Xidməti və Kinoloji Xidmət ləğv edilsin və onların bazasında Xüsusi Riskli Xilasetmə Xidməti yaradılsın.\

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

4.1. Bu Fərmanın 3-cü bəndi ilə yaradılmış Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti haqqında Əsasnamənin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin;

4.2. Bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Vasif Talıbov,

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 06 may 2008-ci il

№ 121-III FR

674398
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
71
247
1202
9944
674398

Tarix: 19 -04-2024