Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

F Ə R M A N I

  

 

Naxçıvan Muxtar Respublikasının Dövlət

Şəhərsalma və Arxitektura Komitəsinin yaradılması barədə

 

 

Naxçıvan Muxtar Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Dövlət Tikinti və Memarlıq Komitəsi ləğv edilsin və onun əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradılsın.

2. Ləğv edilmiş Naxçıvan Muxtar Respublikasının Dövlət Tikinti və Memarlıq Komitəsinin tikinti sahəsindəki funksiyaları Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə verilsin.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

3.1. Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Əsasnaməsinin layihəsini, komitənin strukturu, xərclər smetası və işçilərin say tərkibi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədrinə təqdim etsin;

3.2. Bu barədə Fərmandan irəli gələn məsələləri həll etsin;

4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

 

Naxçıvan Muxtar Respublikası

      Ali Məclisinin Sədri                                                                    VASİF  TALIBOV

 

Naxçıvan şəhəri, 23 mart 2006-cı il

№ 16-III FR

  

 

662556
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
50
335
2524
16550
662556

Tarix: 29 -03-2024