Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

F Ə R M A N I

 

 

Naxçıvan Muxtar Respublikasının Fövqəladə

Hallar Nazirliyinin yaradılması haqqında

 

          Naxçıvan Muxtar Respublikasında təbii fəlakətlərin, texnogen xarakterli qəzaların və yanğınların qarşısının alınmasını, onların nəticələrinin aradan qaldırılmasını, belə hallarda xilasetmə və bərpa işləri üzrə müvafiq orqanların fəaliyyətinin idarə olunmasını, mülki müdafiə işinin təşkilini və həyata keçirilməsini təmin etmək məqsədilə və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikası Mülki Müdafiə Regional Şöbəsi, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilsin.

3. Müəyyən edilsin ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi Naxçıvan Muxtar Respublikasında əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

4.1. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında əsasnamənin layihəsi, nazirliyin strukturu, xərclər smetası və işçilərin say tərkibi barədə təklifərini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin;

4.2.   bu fərmandan irəli gələn məsələləri həll etsin.

5. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Naxçıvan Muxtar Respublikası

     Ali Məclisinin Sədri                                                                                   VASİF  TALIBOV

 

Naxçıvan şəhəri, 30 dekabr 2005-ci il

№ 6-III FR

 

674394
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
67
247
1198
9940
674394

Tarix: 19 -04-2024