Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Mülki Müdafiə Alayı

 

Mülki müdafiə alayı mülki müdafiə tədbirlərini yerinə yetirən, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması ilə bağlı çevik reaksiya verilməsini, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsini təmin edən qurumdur.

Mülki müdafiə alayı öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

Fəaliyyət istiqamətləri

 

  • Mülki müdafiə tədbirlərini yerinə yetirir, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında və müasir qırğın silahlarının təsirindən müdafiə edilməsində iştirak edir;
  • Sülh və müharibə dövrünün fövqəladə hallarında zədələnmə ocaqlarında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasını, çevik reaksiya verilməsini təşkil edir və humanitar yardımların idarə olunmasında iştirak edir;
  • Hərbi hissənin sülh və müharibə dövrünün fövqəladə hallarında fəaliyyətə hazırlanmasını təşkil edir;
  • Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.

 

Əsas vəzifələri

 

  • fövqəladə halların qarşısının alınmasına yönəldilmiş tədbirlərdə iştirak etmək;
  • fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına cəlb edilən qüvvə və vasitələri hazırlamaq;
  • fövqəladə halların baş verdiyi zonalarda, eləcə də həmin zonalara hərəkət marşrutlarında radiasiya, kimyəvi və bakterioloji (bioloji) kəşfiyyat aparmaq;
  • xəsarət ocaqlarında, çirklənmə (zəhərlənmə) və fəlakətli subasma zonalarında, eləcə də xəsarət ocaqlarına və həmin zonalara hərəkət marşrutlarında radiasiya, kimyəvi və bakterioloji (bioloji) kəşfiyyat aparmaq;
  • xəsarət ocaqlarında, çirklənmə (zəhərlənmə) və fəlakətli subasma zonalarında qəza-xilasetmə və digər təxirəsalınmaz işləri aparmaq;
  • əhalinin sanitar təmizlənməsi, texnika və əmlakın xüsusi təmizlənməsi, bina, qurğu və ərazilərin zərərsizləşdirilməsi işlərini yerinə yetirmək;
  • aviasiya bombaları və fuqaslarının zərərsizləşdirilməsi ilə bağlı pirotexniki işləri yerinə yetirmək;
  • fövqəladə hallardan ziyan çəkmiş əhalinin ərzaq, su, ilkin tələbat malları, müvəqqəti yaşayış və digər maddi vəsaitlər və xidmətlərlə təmin edilməsində, eləcə də ilk tibbi yardımın göstərilməsində iştirak etmək;
  • fövqəladə halların baş verdiyi zonalardan əhalinin, maddi və mədəni sərvətlərin evakuasiya (təxliyyə) edilməsi tədbirlərində iştirak etmək;
  • həyat təminatı obyektlərinin fəaliyyətinin bərpası işlərində iştirak etmək;
  • meşə yanğınlarının məhdudlaşdırılmasında və aradan qaldırılmasında iştirak etmək.

 

 

662390
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
219
382
2358
16384
662390

Tarix: 28 -03-2024