Fövqəlаdə Hаllаr Nаzirliyi tərəfindən Dövlət Baytarlıq Xidmətində “Naxçıvan Muxtar Respublika Dövlət Baytarlıq Xidmətində fövqəladə hallara hazırlıq işi diqqətdə saxlanılır” mövzusunda maarifləndirici tədbir keçirilib.

 Tədbirin məqsədi xidmətin işçilərinə təhlükəsizlik tədbirləri barədə məlumat vermək, fövqəladə hallara hazırlıqla bağlı müəyyən olunmuş qaydalara əməl olunması üzrə işçilərin məsuliyyətini artırmaq, yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş qaydalara əməl olunması üzrə məlumat verməkdən ibarət olmuşdur.

Tədbiri giriş sözü ilə açan Fövqəlаdə Hаllаr Nazirliyinin Aparatının Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçiləri dövlət qulluqçusu Əbülfəz Qafarov və Afaq Alməmmədova yay mövsümündə təhlükəsizlik qaydaları, fövqəladə hallar zamanı müəssisələrdə davranış və fəaliyyət qaydaları, yanğın təhlükəsizliyi, yanğına səbəb olan amillər haqqda iştirakçılara məlumat verib.

 Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti