Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin və rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin və Ordubad rayon Rabitə İdarəsinin əməkdaşlarının iştirakı ilə mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı “Mülki müdafiə, föqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması günümüzün zəruri tələbidir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

 

Tədbirin əsas məqsədi Ordubad rayon Rabitə İdarəsinin işçi heyətinə mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması  və nəticələrinin aradan qaldırılması, qaz və elektrik təsərrüfatı, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin bölmə rəisi mayor Rəcəb Səfərov maarfiləndirici tədbirin əhəmiyyətindən bəhs etmiş və “Payız-qış mövsümündə fövqəladə hallara hazırlıq işinin aparılması günün zəruri tələbidir” mövzusunda iştirakçılara məlumat vermişdir.
Mülki müdаfiə işinin təşkili şöbəsinin baş məsləhətçisi Əbülfəz Qafarov muxtar republika üçün ehtimal olunan təbii fəlakətlər haqqında məlumat verib. Məruzəçi təbii və texnogen qəzalar zamanı davranış və fəaliyyət qaydaları, təbii fəlakətlərə hazırlıq, eyni zamanda təbii fəlakətlərdən sonrakı davranış qaydaları haqqında iştirakçılara məlumat verib.
Ordubad rаyоn Dövlət Yаnğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yаnğın Nəzаrəti Bölməsinin inspektoru dахili хidmət baş leytenantı Ağahüseyin Məmmədov qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, istifadə olunmayan məişət-elektrik avadanlıqlarının davamlı olaraq cərəyana qoşulu qalmasının təhlükəli tərəflərindən və dəm qazının yaranmasına səbəb olan amillər, bu amillərin aradan qaldırılması və zəhərlənmə zamaı ilk yardım qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonda tədbir iştirakçılarının verdiyi suallar cavablandırılmış, mövzulara aid video-çarxlar, slaydlar  təqdim edilmişdir.

 

Fövqəlаdə Hаllаr Nаzirliyinin
mətbuаt хidməti

 

 

 

675799
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
241
309
550
11345
675799

Tarix: 23 -04-2024